27 İyun 2022 12:19
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün müasir hava və raketdən müdafiə sistemi verəcəyini elan edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

G7 liderlərinin görüşü ərəfəsində ABŞ Prezidenti Co Bayden bəyan edib ki, ABŞ Ukraynanı daha ​​təkmil raket sistemləri və döyüş sursatları ilə təchiz etməyə davam edəcək.

CNN mənbəsi bildirib ki, bu həftə Ağ Ev əlavə uzunmənzilli artilleriya və sursat tədarükünü də elan edəcək. Xüsusilə, yeni hərbi yardım paketinə 170 kilometrdən çox məsafədə hədəfləri vura bilən NASAMS sistemləri daxil ola bilər.


Müəllif: Nemət