27 İyun 2022 14:36
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüfuzlu qəzetlərindən olan “The New York Times” Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarının Ukraynada kritik kəşfiyyat missiyalarında olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden tez-tez Ağ Evin Amerika qoşunlarını Ukraynaya göndərməyəcəyini bəyan etsə də, ABŞ mediası Kiyevdə MKİ agentlərinin olduğunu iddia edib.

Nəşr MKİ agentlərinin Ukraynada olduğunu və Kiyevə kritik kəşfiyyat dəstəyi verdiyini yazıb.

Qəzet Ukraynadakı Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının kəşfiyyat məlumatlarının mübadiləsində çox mühüm rol oynadığını qeyd edib. MKİ agentlərinin kəşfiyyat və terrorla mübarizə qrupları ilə sıx əlaqədə çalışdığı qeyd edilir.

Eyni zamanda bölgədə İngiltərə, Fransa və Kanada ilə yanaşı ABŞ-dan da komandoların olduğu iddia edilib.

Həmçinin qeyd olunub ki, bu ölkələrin komandoları Ukrayna ordusuna təlim keçib və onlara dəstək olub.


Müəllif: Nemət