27 İyun 2022 12:41
5 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın keçmiş quru qoşunları komandanı, general Franqulis Franqos Türkiyə-Yunanıstan müharibəsi başlayarsa, Türkiyənin ödəyəcəyi "bədəllərin” çox ağır olacağını bildirib.

Teleqraf.com-un xəbərinə görə, general “Skai” kanalında iddia edib ki, Yunanıstan istənilən igərginliyə və ya müharibəyə tab gətirə bilər.

“Müharibə olarsa, Yunanıstanın deyil, Türkiyənin sərhədləri dəyişir. Onlar itirirlər”, - deyə o bildirib.

Yunanıstanın güclü olduğunu iddia edən Franqos NATO-nun baş katibi Yens Stoltenberqi tənqid edib: “O, sadəcə NATO-nun zabitidir. Heç bir səlahiyyəti yoxdur. O, Türkiyəyə lazım olduğundan daha çox dəyər verir”.

Xatırladaq ki, 2009-2011-ci illər arasında Yunanıstan Quru Qoşunlarının komandanı vəzifəsini icra edən Franqulis Franqos Meriçdə hələ də qazılan 135 kilometr uzunluğunda və 7 metr dərinliyində olan xəndəyin “memarı” hesab edilir. İqtisadi böhran zamanı təqaüdə çıxan general Franqos 2012-ci ildə qurulan seçki hökumətində bir ay müdafiə naziri olub.


Müəllif: Nemət