27 İyun 2022 11:24
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli şəhərində binanın eyvanının uçması nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə ağır yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə gürcü mediası xəbər yayıb.

Gürcüstanın paytaxtı Tbilisidən 35 kilometr aralıda yerləşən Marneuli şəhərində 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzilin eyvanı uçub.

Qəza zamanı balkonda olan iki qadın yıxılaraq həyatını itirib, binanın qarşısında oynayan iki uşaq isə ağır yaralanıb.

Hadisə yerinə gələn çoxlu sayda polis və ilk yardım qruplarından sonra həyatını itirən qadınlardan birinin hamilə olduğu öyrənilib.

Qəzanın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Müəllif: Nemət