27 İyun 2022 14:49
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın şimalında patrul xidməti aparan polisə hücum edilib. Nəticədə 6 polis əməkdaşı öldürülüb, 4-ü yaralanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Meksika polisi öncədən düşünülmüş şəkildə pusquya salınıb.

“Təəssüf ki, 6 polisimiz xidməti vəzifəsini yerinə yetirərkən həlak olub”, - Meksikanın İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatından istifadə edilib.

Qeyd olunur ki, hadisə Meksika-ABŞ sərhədi yaxınlığında baş verib.

Nazirlik həmçinin bildirib ki, hücum edənlər yüksək çaplı silahlardan istifadə edib və 10 zirehli maşınla hadisə yerindən qaçıblar.


Müəllif: Nemət