28 İyun 2022 12:00
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Hava Qüvvələrinin təyyarələri Rusiya qoşunlarının mövqelərinə güclü hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hərbi Hava Qüvvələrinin qırıcıları işğalçıların mövqelərinə güclü hava zərbələri endirib. Döyüş əməliyyatlarının bütün istiqamətlərdə Ukraynanın “Su-25” hücum təyyarələri və “Su-24” bombardmançıları ilə həyata keçirilib”, - məlumatda deyilib.

Ukraynanın Qara dəniz donanmasının da əməliyyatları davam etdirdiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu