28 İyun 2022 11:09
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Qüvvələri Xerson və Zaporojye istiqamətlərində irəliləməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığından məlumat verilib.

Rusiya qoşunlarının Xerson vilayətinə hava zərbələri endirdiyi bildirilib. Eyni zamanda, artilleriya atəşi ilə əks-hücuma keçən Ukrayna ordusunu dayandırmağa çalışdığı deyilib.

“Dörd dəfə hava hücumu olub və Potemkin yaxınlığında mövqeləri bərpa etməyə cəhd edilib. Amma indi orada bizim mövqelərimiz güclüdür, üstünlük əldə edə bilməyən düşmən geri çəkilib”, - məlumatda vurğulanıb.

Zaporojyeyə gəlincə, bu istiqamətdə Ukrayna qüvvələrinin üstünlüyü davam edir. Ukrayna ordusunun bölgədə irəlilədiyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu