28 İyun 2022 14:09
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə ölüm hökmünün bərpası müzakirələrini dəstəkləyirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.

“Xəyanətkarlar meşələrimizi yandıraraq öz xainliklərini qusdular. Ağaclarımız yandırılsa belə, əkəcəyimiz fidanlarımız var. Yenidən yaşıllaşdırmaq şərəf borcumuzdur. Konstitusiyanın 169-cu maddəsində meşələrin mühafizəsi ilə bağlı müddəalar var. Meşələrə zərər vurmaq cəhdlərinə yol verilməyəcək”, - Bağçalı bildirib.

MHP lideri meşələri yandıralara edam cəzasının verilməsi ilə bağlı gedən müzakirələrə də toxunub:

“Meşələri yandırmaq və meşələri məhv etmək məqsədi ilə törədilən cinayətlərin amnistiyaya daxil edilməyəcəyi aşkar şəkildə müəyyən edilib. Ölüm hökmünün müzakirəsini faydalı hesab etdiyimizi və qanuni təklif gələrsə, dəstəkləyəcəyimizi bəyan edirəm. Ümid edirəm ki, ölüm cəzasına qadın qətlləri, zorlama və terror da daxil olacaq. Əlimizdən gələni etməyə hazırıq”.

Edam məsələsini ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gündəmə gətirib. Türkiyə lideri meşələri yandıranlara lazım gələrsə, edam cəzasının verilməli olduğunu bildirib. Ərdoğanın bu mesajından sonra açıqlama verən ədliyyə naziri Bəkir Bozdağ məsələ ilə bağlı işə başladıqlarını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu