28 İyun 2022 15:45
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Prezidenti Sauli Ninistö NATO liderlərinin sammitindən öncə verdiyi açıqlamada Ankaranın terrorçuların müdafiəsi ilə bağlı bəyanatının doğru olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə ilə danışıqlarda qismən irəliləyiş əldə etdiklərini deyən Ninistö NATO sammiti çərçivəsindəki təmaslardan bir nəticənin çıxıb-çıxmayacağına əmin olmadığını söyləyib.

“Bu çərçivədəki görüşlərlə bağlı nə optimist, nə də pessimistəm”, - Finlandiya prezidenti qeyd edib.

Ninistö həmçinin bildirib ki, terror təkcə Türkiyə yox, digər ölkələr üçün də ciddi narahatlıq yaradır.

İsveç xarici işlər naziri Ann Linda da Türkiyə ilə danışıqlarda müəyyən irəliləyişin olduğunu deyib.

“Türkiyəylə NATO ilə bağlı danışıqlarda irəliləyiş var. Böyük bir irəliləyiş bu gün və ya daha uzun müddətə baş verə bilər. Belə olan halda səbirli olacağıq və sammitdən sonra danışıqları davam etdirəcəyik”, - Linda bildirib.

Bu gün NATO Liderlər Zirvəsi işə başlayıb. Zirvədə Türkiyə, İsveç, Finlandiya və NATO arasında dördtərəfli görüş olacaq. Bu danışıqlarda Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə veto qoyması müzakirə olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu