28 İyun 2022 17:18
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın həm 2014, həm də 2022-ci illərdə Ukraynaya hücumları ruslar arasında rekord eyforiya gözləntiləri yaradıb. Bu dəfə onlar gələn il müsbətə doğru köklü dəyişikliklər gözləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Moskva Tayms” yazıb.

Ruslar sorğuya əsasən sənayedə “sıçrayış” və çox sayda yüksək maaşlı iş yerlərinin açılmasını gözləyirlər. Beləliklə, istehsal və işsizlik durumu ilə bağlı gözləntilər indeksi tarixi (140-81 bal), şəxsi gəlirlər üzrə isə 4 il ərzində pik nöqtəyə (90 bal) yüksəlib.

“Blumberq”in iqtisadçısı Skott Consonun sözlərinə görə, ruslar hələ də şokun miqyasını dərk etmirlər, çoxu xarici brendlərin ölkəyə qayıdacağına inanmaqda davam edir.

Onun sözlərinə görə, sanksiyaların təsiri daha çox iqtisadi sektora təsir etdikcə daha qabarıq göstərməyə başlayacaq.

“Ruslar onilliklər ərzində dözməyə hazır deyillər: gələn il yaxşılığa doğru köklü dəyişikliklər gözləyirlər”, - məlumatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu