28 İyun 2022 21:11
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskinin Rusiyanı “terrorizmə sponsorluq edən dövlət” mesajına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, jurnalistin məsələ ilə əlaqədar sualını cavablandıran Makron buna ehtiyac olmadığını deyib.

Fransa lideri Rusiya üçün “terrorizmi maliyyələşdirən sponsor dövlət” kimi ifadələrdən istifadə etməyəcəyini vurğulayıb:

“Bu sanksiyaları həyata keçirmək üçün heç bir tərifə ehtiyacımız yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu