28 İyun 2022 21:49
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı sanksiyalar yalnız Ukrayna ilə ədalətli sülh əldə edildikdən sonra ləğv ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

O, həmçinin bildirib ki, Qərb dövlətləri Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlməsinə imkan verməmək və ona iqtisadi təzyiqləri artırmaq niyyətində həmrəydirlər.

“Putin və onun rejimi üçün bu müharibənin iqtisadi və siyasi bədəllərini artırmağa davam edəcəyik”, - Şolz qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu