28 İyun 2022 18:39
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Ukraynada müharibənin ilin sonuna qədər bitəcəyinə ümid edir.

Teleqraf.com xəbər verir ki, Makron Rusiyanın müharibədə məğlub olacağını deyib.

“Rusiya qalib gələ bilməz və qalib gəlməməlidir. Ukraynaya dəstəyimiz və Rusiyaya qarşı sanksiyalarımız lazım olduğu qədər və lazımi intensivliklə yaxın həftələr və aylarda davam edəcək. Düşünürəm ki, cəsarətinə görə Ukrayna prezidenti, ukraynalılar və onların ordusunu təbrik edə bilərik. İlin son hədəfinə gəlincə, müharibədən dörd ay keçir, ilin sonuna hələ var. Amma heç kim müharibənin yaxın həftələrdə və ya aylarda bitəcəyini deyə bilməz. Çox ümid edirəm ki, ilin sonuna qədər bu baş verəcək. Əminliklə deyirəm ki, Rusiya qalib gələ bilməz və qalib gəlməməlidir”, - Makron vurğulayıb.

Fransa lideri qeyd edib ki, Rusiyanın təcavüzünün yeganə məqsədi Ukrayna ərazilərini kiçiltməkdir. O əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar və Avropanın Ukraynaya dəstəyi lazım olduğu qədər davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu