28 İyun 2022 20:45
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərzaq qiymətlərinin artmasına səbəb biz deyilik, Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibədir”.

Teleqraf.com xəbər verir ki, bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.

“Bahalaşma Afrikanı, Yaxın Şərqi ciddi narahat edir. Amma bunun səbəbkarı NATO deyil. Yeganə səbəb Rusiyadır və nöqtə. Əgər Putin müharibəni dayandırsa, Ukrayna taxılı qlobal bazara çıxacaq ki, bu da ərzaq qiymətlərini aşağı düşməsinə səbəb olacaq”, - NATO Baş katibi deyib.

O qeyd edib ki, NATO müttəfiqləri müxtəlif yollarla bu problemi həll etməyə çalışır, xüsusilə də Türkiyə, Prezident Ərdoğan həll yolu tapılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Həmçinin quru yolu ilə Avropa ölkələri vasitəsilə taxılın qlobala bazara çıxarılması üçün işlər görülür, təbii ki, logistik problemlər, daşınan taxılın miqdarı ilə bağlı çətinliklər var.


Müəllif: Teleqraf.com