28 İyun 2022 23:17
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, İsveç və Finlandiya Madriddə keçirilən danışıqlardan sonra birgə bəyanat imzalayıblar.

Teleqraf.com xəbər verir ki, bəyanatın imzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. .

Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı Dördtərəfli toplantıda aşağıdakı məsələlər üzrə razılıq əldə olunub.

• PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.

• Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik.

• PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.

• Müdafiə sənayesi sahəsində embarqoların aradan qaldırılması, əməkdaşlığın artırılması.

• Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.

• Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.

• Terrorçuların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.

• PKK yandaşlarının terrorçuluğun maliyələşdirilməsi yönündə fəaliyyətlərinin qadağan edilməsi.

• Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.

• Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.

• Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə İşçi qrupun yaradılması.


Müəllif: Teleqraf.com