29 İyun 2022 16:49
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Elmlər Akademiyasının elm adamları qlobal istiləşmənin dünyaya necə təsir edə biləcəyini müəyyən ediblər. Məlum olub ki, bu, bizə təkcə iqlim dəyişikliyi deyil, həm də bir sıra daha ciddi problemlər gətirəcək.

Teleqraf.com xəbər verir ki, elm adamları artıq əriməyə başlayan buzlaqlarda minə yaxın naməlum bakteriya aşkar ediblər.

Bir qrup alim Tibet buzlaqlarından qar və buz nümunələri toplayıb. Məlum olub ki, donmuş suda elmə məlum olmayan minə yaxın bakteriya var. Tədqiqatçılar bu bakteriyaların insanlar üçün ciddi təhlükə yarada biləcəyini deyirlər. Bunlar yeni xəstəliklərə, hətta epidemiyalara səbəb ola bilərlər.

Elm adamlarının Tibet buzlaqlarının əriməsi zamanı tapdıqları 968 növ bakteriyanın 98%-i elmə məlum deyil. Bakteriyaları “potensial təhlükəli” adlandırılıb.

Tədqiqatçılar deyirlər ki, Yerin səthinin təxminən 10%-i buzlaqlarla örtülüdür. Əgər bunların hamısı əriməyə başlasa, onda bəşəriyyət donmuş suda olan yeni bakteriyalarla “tanışmalı” olacaq. Bu bakteriyaların bütün dünya üçün yeni sınaq olacağı ehtimalı çox yüksəkdir.


Müəllif: Mənsur Rəğbətoğlu