29 İyun 2022 09:52
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Bayden bu gün NATO sammitinin keçirildiyi Madriddə görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Böyük maraqla gözlənilən görüşün axşam saatlarında baş tutacağı bildirilib.

Liderlərin gündəm mövzuları arasında ikitərəfli əlaqələr və F-16-lar olacaq.

Görüşün bir saat davam edəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu