29 İyun 2022 10:14
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İngiltərə Rusiyadan gələn təhlükəni nəzərə alaraq, müharibəyə və qalib gəlməyə hazır olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu İngiltərə Silahlı Qüvvələrinin baş qərargah rəisi Patrik Sanders deyib.

Onun sözlərinə görə, Rusiya ekspansionizmini cilovlamaq üçün sürətli hərəkət etməyə hazır olmaq lazımdır. Sanders Rusiyanın Ukraynadakı işğalını nasist Almaniyasının yüksəlişinə bənzədib.

“Müharibədə deyilik. Amma sürətli hərəkət etməliyik ki, regional toqquşmanın genişlənməsini nəzarət altına ala bilməməyimiz səbəbindən müharibəyə sürüklənməyək”, - baş qərargah rəisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu