29 İyun 2022 10:53
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi qüvvələri Ukraynanın Lisıçansk şəhərinə doğru 2 km irəliləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilib.

“Rusiya qüvvələri Lisıçansk şəhərini mühasirəyə almaq cəhdlərində irəliləyiş əldə etməkdə davam edir. Rusiya qüvvələri şəhərin cənubundakı Lisıçansk neft emalı zavodu yaxınlığında daha 2 km irəliləyiblər”, - məlumatda deyilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Rusiyanın Donetsk istiqamətində əsas səylərinin Lisıçanskı mühasirəyə almaq olduğunu bildirib. Ruslar bu məqsədlə Lisıçansk və Baxmutda döyüş əməliyyatlarını intensivləşdiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu