29 İyun 2022 12:19
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik dünyasının lideri Papa Frensisk evliliklə bağlı çıxışı gündəmi tutub.

Teleqraf.com xəbər verir ki, anti-LGBT ritorikası ilə tanınan və zaman-zaman buna görə sərt tənqidlərə məruz qalan Papa evlilik yaşında olan, amma hələ də evli olmayan kişilərə müraciət edib.

“Hər evlilikdə çətinliklər olur, bunlardan qorxmayın”, deyən Frensisk gənclərin analarına da çağırış edib.

85 yaşlı Papa həmçinin deyib:

“Oğullarınızın köynəklərini ütüləməyi dayandırın. Onları evlənməyə təşviq edin. Həddindən artıq sahiblənməyi dayandırın və onlara yuvanı tərk etmələrinə icazə verin. Bunun üçün gecikməyin”.


Müəllif: Mənsur Rəğbətoğlu