29 İyun 2022 13:25
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Maqdalena Andersson ölkəsi, Türkiyə və Finlandiya arasında üçtərəfli memorandumun imzalanmasından sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, baş nazir bundan sonra Türkiyə ilə dialoqun sıxlaşdırılacağını deyib.

“Cinayətkarların ekstradisiyası ilə bağlı Türkiyə ilə sıx dialoq quracağıq. Beynəlxalq hüquq çərçivəsində terrorla necə mübarizə apardığımız haqda danışıb anlaşacağıq”, - Andersson bildirib.

Baş nazir prosesi konstruktiv olaraq qiymətləndirib:

“Danışıqları aparan dostlarımızla işlədik, Ərdoğanla telefon danışıqlarımız oldu. Bir otaqda üç nəfər oturub danışıqlar aparmaq istəyirsə, bunu edə bilərsiniz”.

Andersson “Bu prosesdə kim daha çox güzəştə getdi?” sualına cavab vermək istəməyib.


Müəllif: Mənsur Rəğbətoğlu