29 İyun 16:58
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Ukraynaya uzaqmənzilli silahlar verəcək. Söhbət üç ədəd ML2 M270 sistemindən gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Norveç müdafiə naziri Börn Arild Qram məlumat verib.

“Ukraynanı dəstəkləməliyik ki, onlar azadlıq və müstəqillik uğrunda mübarizələrini davam etdirə bilsinlər. Onlara daha çox silah lazımdır. Reaktiv artilleriya Ukraynada çox məşhur silahdır və biz Britaniya ilə əməkdaşlıq edərək bu silahların Ukraynaya təhvil verilməsinə zəmanət verə bildik”, - Qram söyləyib.

M270 döyüş sursatından asılı olaraq 32-300 km məsafəyə qədər atəş açmaq qabiliyyətinə malik raket sistemidir. Norveç 2005-ci ildən istifadə olunmadığı üçün üç M270 sistemini konservasiyadan çıxaracaq.


Müəllif: Mənsur Rəğbətoğlu