29 İyun 2022 20:45
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya Baş naziri Boris Consonun rus həmkarı Vladimir Putinlə bağlı sözlərinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Zaxarova Consonun sözlərini “tərləyən fantaziyalar” adlandırıb.

“Bu, Boris Consonun tərli fantaziyasıdır. Yeddi kişinin (G7 sammitinə işarə edir – red.) orada nə işi vardı?”, - XİN-in sözçüsü vurğulayıb.

Bundan əvvəl Conson bildirib ki, Putin qadın olsaydı, Ukraynada “xüsusi əməliyyat”a başlamazdı.

Baş nazir Rusiyanın Ukraynaya qarşı müharibəsində Putinin cinsinin mühüm rol oynadığını deyib: “Putin qadın olsaydı, belə bir müharibəyə başlayacağını düşünmürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu