29 İyun 2022 20:40
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Teleqram" kanalında bildirilib.

Qeyd olunub ki, azad olunan 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçiləridir. Onların arasında Azov alayının 43 hərbçisi də var.

Sərbəst buraxılan ukraynalıların əksəriyyətinin ciddi xəsarətlərinin olduğu vurğulanıb.

“Koordinasiya Qərargahı əsir götürülən bütün müdafiəçilərin qaytarılması istiqamətində işini davam etdirir. Bu, Rusiyanın işğalının başlanğıcından bəri ən böyük mübadilədir”, - məlumatda deyilir.


Müəllif: Teleqraf.com