29 İyun 2022 22:04
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, liderlər regional prosesləri və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub.

Ötən aylarda liderlər bir neçə dəfə telefonla da danışıblar və Ukraynadakı vəziyyəti müzakirə ediblər, regional sabitlik mövzularına toxunublar və ikitərəfli münasibətlərin gələcək inkişafının tərəfdarı olduqlarını bildiriblər.


Müəllif: Teleqraf.com