29 İyun 2022 21:55
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif olunan Aİ-nin siyasi şurası Roma İmperiyasının müasir ekvivalentinə çevrilməli, Türkiyə və Şimali Afrika ölkələrini də əhatə etməlidir".

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

Onun fikrincə, Türkiyə və Şərq ölkələrini də əhatə etməli olan oxşar konsepsiyanı yenidən yaratmaq lazımdır.

“Düşünürəm ki, biz Roma İmperiyasının müasir variantını yenidən yaratmalıyıq” deyə Conson bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron , Brüsseldə AB sammitindən sonra mətbuat konfransı zamanı Avropa siyasi şurasının Çexiyada ilk toplantısını elan edib .

Makron vurğulayıb ki, o, Avropa İttifaqına üzv olmayan Avropa ölkələri, o cümlədən Aİ üzvlüyünə namizəd statusu almış ölkələrlə siyasi birlik yaratmaq ideyasından imtina etmir.

Fransa lideri hesab edir ki, bu, geosiyasət, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın inkişafına kömək edə bilər.


Müəllif: Teleqraf.com