30 İyun 2022 08:17
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Federal Şurası Avropa İttifaqının (Aİ) altıncı məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Federal Şuranın mətbuat xidməti məlumat yayıb.

Əlavə sanksiyalara Rusiya xam nefti və bəzi neft məhsullarına embarqo qoyulması, onların alınması, idxalı, tranziti və daşınması, habelə sığorta da daxil olmaqla əlaqəli xidmətlər daxildir.

Avropa İttıfaqında olduğu kimi, İsveçrədə də embarqo mərhələli şəkildə həyata keçiriləcək. Bütün tədbirlər 2023-cü ilin əvvəlində qüvvəyə minəcək.


Müəllif: Teleqraf.com