30 İyun 2022 09:40
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri Qara dənizdə İlan adasında əməliyyatı davam etdirirlər. Adada Rusiya ordusunun daha bir artilleriya və “Pantsir - S1” raket sistemi vurulub. Bundan başqa, Ukrayna hərbi qüvvələri cənubda 40 rus hərbçisini və çox sayda texnikasını məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Məlumata görə, Rusiya qüvvələri gecə saatlarında Odessa vilayətinə raket zərbələri endiriblər. Bombardmanda təyyarə və “Bastion” sahil raket kompleksindən istifadə olunub.

Ukrayna aviasiyasının Rusiyanın komanda-idarə məntəqəsinə, bir neçə canlı qüvvə və texnikasına, cəbhə xətti boyu iki sursat anbarına hücum təyyarələri və helikopterlərlə hava zərbəsi uğurla başa çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu