30 İyun 2022 10:36
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Rusiya Prezidenti Vladimir Putini təhqir edib.

Teleqraf.com xəbər verir ki, o, Putini “qısaboy sindromu” olan “dəli” kimi xarakterizə edib.

“Düşünürəm ki, prezident Putinin özünə və dünyaya baxışı qısa adam sindromu və maço perspektividir”, - müdafiə naziri Uolles açıqlamasında bildirib.

Daha sonra davam edib: “Ancaq məncə, burada əsl problem odur ki, Rusiya sistemində bəzi dövlətlərin digərlərindən daha az hüquqlara malik olması və onların hüquqlarının nəzərə alınmamasıdır. Özlərini yeni bir tarixə yerləşdirmək istəyirlərsə, bunun yolunun zorakılıq və işğaldan keçdiyini düşünürlər. Bu, narahatlıqdır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova üçün də “dəli” ifadələrini işlədən Uolles bildirib ki, ədalətli olmaq üçün Xarici İşlər Nazirliyinin sözçüsü hər həftə komediya şousu kimi açıqlamalar verir, hər kəsi nüvə silahı ilə hədələyir: "O, şübhəsiz ki, dəlidir".


Müəllif: Nemət