30 İyun 2022 13:17
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı qüvvələri “HIMARS” artilleriya-raket kompleksinin köməyi ilə Krım körpüsünə zərbə endirə bilərdi. Lakin hazırda belə bir variant mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Razumkov Mərkəzinin hərbi proqramlar üzrə direktoru Nikolay Sunqurovski deyib

“HİMARS ilə birlikdə bizə raketlər verilsəydi, bu, real olardı. Və hələ ki, raketlər yoxdur. Bizə 80 km-ə qədər atış məsafəsi olan idarə olunan mərmilər verilir, lakin bu, 300 kilometr uçan mərmilər deyil. Biz hələ belə silah almamışıq”, - ekspert izah edib.

Onun sözlərinə görə, HIMARS 30-40 km məsafədə idarə olunmayan raketləri vura bilir. Həmçinin sistem idarə olunan raketləri 80 km məsafəyə vurur. “Lakin bu paketlərin əvəzinə bir operativ-taktiki raketi yükləmək olar-onun uçuş məsafəsi 300 km-dir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko bildirib ki, lazımi vaxtda qoşunların üzərinə yürüş edən zaman körpütə zərbə endirmək olar.


Müəllif: Nemət