30 İyun 2022 15:53
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB televiziyasında “Həmin Zaur” verilişində proqramın aparıcısı Zaur Kamalın Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini efirdən qovması qəbuledilməz haldır və mən bu olayı kəskin şəkildə pisləyirəm.

Bunu Teleqraf.com-a professor Firudin Cəlilov deyib.

Professor bildirib ki, bu hadisədən xəbəri olmayıb:

“Bu barədə ilk dəfədir eşidirəm. Amma aydındır ki, kanala dəvət olunan istənilən şəxslə hörmətlə davranılmalı, onun qayğısına qalınmalıdır. Bunlar öz yerində. Ancaq qonaq Güney Azərbaycandandırsa, oradan gələnlərin başımız üzərində yeri var. Onlara qarşı belə münasibəti pisləyirəm. Səbəbin nə olmasından asılı olmayaraq Təbrizdən gələn soydaşlarımıza hörmət qoyulmalıdır. Onsuz da bu soydaşlarımız bizdən ayrı qalıblar. İndi onlar qardaşlarının evinə gəliblərsə, onlara hörmətlə yanaşılmalıdır. Başımız üzərində yerləri var”.

Firudin Cəlilov əlavə edib ki, kanalda aparıcılar populyarlıq və sensasiya səbəbindən Cənubi Azərbaycanda gələn qardaşlarımıza qarşı hörmətsiz davrana bilməzlər:

“Mən hesab edirəm ki, bu xoşagəlməz olay bir daha təkrarlanmayacaq. Güneydən gələn insanlara həssas davranmaq, onlara isti münasibət sərgiləmək vacib və lazımdır”.


Müəllif: Nemət