Oxşar xəbərlər
Ukrayna ordusu Rusiya qüvvələrini ölkənin hər yerindən qova bilər.
Teleqraf.com xəbər verir ki, bunu BBC radiosuna müsahibəsində Böyük Britaniya Xarici İşlər naziri Liz Trass deyib.
“Ukrayna əraziləri Rusiya tərəfindən qeyri-qanuni ələ keçirilib və sonda ruslar bütün bu ərazilərdən qovulmalıdır”, - nazir bildirib.
Eyni zamanda, Trass Ukrayna ərazisinin vaxtında Rusiya ordusundan azad edilməsinin real olduğunu düşünür:
“Ona görə də ölümcül silahlarla əlavə yardımlar edirik”.