30 İyun 20:58
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı müharibəni dayandırmalı olan şəxs Rusiya Prezidenti Vladimir Putindir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, İsveç və Finlandiyanın alyansa üzvlüyündən sonra NATO Rusiyanın atacağı bütün addımlara cavab verməyə hazırdır.

O qeyd edib ki, Finlandiya və İsveç iyulun 5-də NATO-ya üzv olmaq üçün protokolu imzalayacaqlar.

Rusiya-Ukrayna müharibəsinə toxunan Stoltenberqin sözlərinə görə, bu savaşı dayandırmalı olan şəxs Putindir.

O, Ukraynadan taxılın çıxarılmasında Türkiyənin çox önəmli rol oynadığını da söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu