30 İyun 2022 22:43
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanı faydasız sülhə məcbur etməyin planetar miqyasda qorxunc nəticələri ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.

“Ukrayna məğlub olarsa və ya əlverişsiz şərtlərlə sülhü qəbul etməyə məcbur olarsa, bütün planetdə azadlıq üçün nəticələr qorxunc olacaq. Bütün NATO üzvləri bu fikirdədir”, - Conson bildirib.

Baş nazir əlavə edib ki, Kiyevin qələbəsi Qərb dəyərlərinin, eləcə də beynəlxalq hüququn aliliyinin yayılmasının zəruriliyi ilə bağlı müzakirələrdə ən yaxşı arqumentdir.

Consonun sözlərinə görə, Rusiya ilə danışıqların məqsədəuyğunluğu barədə qərarı Ukrayna verməlidir. O deyib ki, Kiyev Moskva ilə danışıqlar aparmaq istəyir, amma sonuncu bunda maraqlı görünmür.

“Belə bir şəraitdə yeganə məntiqli və düzgün qərar Ukraynanı dəstəkləməkdə davam etməkdir, indi də etdiyimiz kimi, göstərilən hərbi yardımı artırmaqdır”, - Britaniya baş naziri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu