30 İyun 2022 18:29
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden çıxışı zamanı yenə də dil çaşqınlığına yol verib.

Teleqraf.com xəbər verir ki, Amerika prezidenti NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib:

“Ukraynalıların onları məğlub etməməsinə əmin olmaq üçün ukraynalıların yanında olacağıq. Yəni, ruslar qalib gəlməyəcək”, -

Qeyd edək ki, daha öncə ABŞ prezidenti rəhbərlik etdiyi ölkəsinin adını tələffüz edə bilməyib . Eyni zamanda, özü də vəziyyətin komik olduğunu başa düşüb və dinləyicilərlə birlikdə baş verənlərə gülüb.

Bayden həmçinin çıxışlarının birində özünü Delaver ştatından senator adlandırıb və apreldə Ukrayna ətrafındakı vəziyyətin yaradacağı ərzaq böhranından danışaraq, Çini ən böyük buğda istehsalçısı adlandırıb .

Britaniyanın “The Spectator” jurnalı ABŞ prezidenti Co Baydenin ictimai çıxış zamanı səhv etmək “fövqəltəbii” qabiliyyətinə işarə edib. Nəşr eyni zamanda qeyd edib ki, əgər o, gözlənilməz görünsə və qorxuya səbəb olarsa, çıxışlarının qeyri-müəyyənliyində strateji üstünlük ola bilər.


Müəllif: Teleqraf.com