30 İyun 2022 18:56
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə taxıl böhranını müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, müzakirə bu həftənin sonu və ya gələn həftənin əvvəlində telefon vasitəsilə aparılacaq.

"Bizim başlanmış sülh prosesi üçün yol xəritəmiz var, biz ona əməl edirik və taxıl dəhlizinin mümkün qədər tez başlamasını təmin etməyə çalışırıq”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə daimi əlaqələr saxlayır.


Müəllif: Teleqraf.com