30 İyun 2022 22:18
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq".

Teleqraf.com xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

Nazir ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı üçlü memorandumdan sonra PKK-ya qarşı Türkiyə ilə əməkdaşlığa başlayacaqlarını bildirib.

"Türkiyə tərəfindən bildirilən şəxslər və şəxslərlə bağlı əlavə məlumatlara baxırıq. Səlahiyyətlilərimiz arasında yaxın zamanda əməkdaşlıq qurulacaq. Hər şeyi qanunauyğun olaraq edəcəyik”, - Haavisto vurğulayıb.


Müəllif: Teleqraf.com