1 İyul 2022 00:27
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT nüvə sazişinə qayıtmaq barədə razılığa gəlmək üçün ABŞ-ı İrana qarşı sanksiyaları, o cümlədən neft ticarəti sahəsində sanksiyaları ləğv etməyə və ya dayandırmağa çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Təşkilatının Siyasi Məsələlər üzrə Baş katibinin müavini Rozmari Di Karlo deyib.

"Biz ABŞ-a İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində sanksiyaları ləğv etməyə və ya dayandırmağa və İranla neft ticarətinə istisnaların genişləndirilməsinə çağırışımızı təkrar edirik", - deyə o bildirib.

Rozmari Di Karlo əlavə edib ki, İranın nüvə və raket proqramlarının inkişafı BMT-ni narahat edir: "Biz İranı atılan addımlardan imtina və BHFP üzrə öhdəliklərinə əməl etməyə çağırırıq".


Müəllif: Teleqraf.com