1 İyul 2022 08:01
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın Odessa vilayətinə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, vilayət rəhbərliyi hadisə nəticəsində ölən və yaralananların olduğunu bildirib.

Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına düşüb.

Qeyd edilir ki, binanın dağıntıları altından 6 nəfərin meyiti çıxarılıb. Hücum zamanı daha 7 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır.

Ümumilikdə 10 nəfərin həlak olduğu bildirilir.


Müəllif: Teleqraf.com