1 İyul 2022 08:36
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada apardığı müharibədəki boşluqlarını doldurmaq üçün yeni zirehli avtomobil yaradıblar.

Teleqraf.com xəbər verir ki, avtomobilin adı "Axmat"dır.

Avtomobil 6x6 təkər formuluna malikdir və onun dizaynı zamanı “cəbhədəki hərbçilərin arzu və tövsiyələri” nəzərə alınıb.

Eyni zamanda, "Axmat" adı ona maraq göstərən Çeçenistan rəhbəri Ramzan Kadırovun "vətənpərvərliyinə hörmət" əlaməti olaraq avtomobillərin pilot partiyasına verilib.

Yeni zirehli texnikanın istehsal yeri və istehsal zavodu açıqlanmır.

Hündür çərçivə və V formalı çıxıntı maşını 5 və ya 6-cı dərəcəli minalardan mühafizəsinin olmasını göstərir.


Müəllif: Teleqraf.com