1 İyul 2022 08:48
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Novosibirsk vilayətindən olan professor dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, elmlər doktoru, Novosibirsk Dövlət Texniki Universitetinin (NSTU) professoru və Novosibirsk Dövlət Universitetinin (NSU) laboratoriya müdiri Dmitri Kolker dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib .

“Artıq cinayət törətməkdə şübhəli bilinən Kolker Dmitri Borisoviç barəsində həbs-qətimkan tədbiri seçilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-i (dövlətə xəyanət) maddəsi üzrə təqsirli bilinir", Novosibirsk vilayətinin məhkəmə departamentindən bildirilib.

Kolker 100-dən çox elmi məqalənin, bir neçə patentin müəllifidir.


Müəllif: Teleqraf.com