1 İyul 10:08
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Rusiya Ukrayna şəhərlərinə raketlə bombardmanlarını gücləndirib.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri qaş qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko bunun bir neçə səbəbinin olduğunu deyib.

Onun fikrincə, Rusiya bununla həm Ukraynanın müttəfiqlərinə, həm də ölkənin özünə - rəhbərliyinə təzyiqləri artırır.

“Daxili amilə gəlincə, bu, Ukrayna vətəndaşlarının ruhunu sındırmaq, cəmiyyəti hakimiyyətə təzyiq göstərməyə və kapitulyasiya danışıqlarına keçməyə məcbur etmək üçün onlara mənəvi-psixoloji təsirdir”, - general qeyd edib.

Generalın iddiasına görə, Rusiya bu cür danışıqlarda Ukrayna ərazisinin 20 faizinin işğalını legitmləşdirmək istəyir.

Romanenko hesab edir ki, Rusiyanın raket zərbələrinin artmasının bu yaxınlarda keçirilən NATO və G7 sammitləri ilə də əlaqəsi var:

“Bu günlərdə “Böyük Yeddilər” və NATO-nun sammiti keçirildi. Putin də bundan istifadə edərək belə bir mesaj vermək istədi: “Baxın, mən güclüyəm, hər cür imkanlarım var və onlardan istifadə etməyi bacarıram. Nəticə çıxarın, təzyiq göstərin. Ukrayna ilə bağlı və düzgün qərarlar qəbul edin”.


Müəllif: Mənsur Rəğbətoğlu