Oxşar xəbərlər
İyul ayında Rusiya və Ukrayna arasında danışıqlar başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı astroloq Anna Yefremova deyib.
O xatırladıb ki, may və iyun Ukrayna üçün ən çətin aylar olub. Yefremovanın proqnozuna görə, danışıqlar prosesi iyulda gözlənilir.
“Sentyabr daha önəmli dəyişikliklər gətirəcək. Amma bunları dərhal hiss etməyəcəyik. Bütün 2022-ci il gərginlik daşıyacaq”, - astroloq bildirib.
Yefremova Ukrayna bir dövlət kimi salamat qalacağını da deyib.
Astroloq Vlad Rossun proqnozu isə fərqlidir. Onun fikrincə, müharibə ilə bağlı ən çətin durum iyulun sonu - avqustun əvvəlində Mars və Uranın qovuşması zamanı baş verəcək.