1 İyul 2022 14:53
2 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul Rusiya-Ukrayna cəbhəsində gərginliyin azaldığı ay ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Məlumata görə, iyul cəbhədə gərginliyin və mövqe müharibəsinin zəiflədiyi ay, amma geosiyasi məkanda böyük müharibə ola bilər. Artıq Rusiyanın bizi danışıqlar prosesinə məcbur etmək, müharibənin bitəcəyi ilə bağlı ən pis proqnozları həyata keçirmək cəhdlərini görürük”, - Jdanov bildirib.

Onun sözlərinə görə, avqust ayında müdafiə və əks-hücum tədbirləri üçün Ukraynaya lazımi həcmdə Qərb silahlarının gəlməsi gözlənilir.

Jdanov ABŞ prezidenti Co Baydenin sözlərinə istinadə edib və söyləyib ki, bu yaxınlarda açıqlanmış, artıq göndərilmişlər də daxil olmaqla, 50 ölkədən Ukraynaya yeni silahlar gətirilir. Jdanov bunların əks-hücum əməliyyatı keçirmək üçün kifayət edəcəyini düşünür. Yeni silah paketinə artilleriya, hava hücumundan müdafiə və aviasiya vasitələri daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu