1 İyul 2022 14:28
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar İlan adasından Rusiya Müdafiə Nazirliyinin iddia etdiyi kimi “xoşməramlı jest” kimi yox, qarnizonun təcrid olunması və Ukraynanın artan zərbələri qarşısında müdafiəsiz qalmaları səbəbindən qaçıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri son bir neçə həftə ərzində adadakı Rusiya qarnizonunu raket və pilotsuz təyyarələrlə vurub. Bundan əlavə, Ukrayna qırıcıları adadakı qüvvələri təchiz etməyə çalışan Rusiya hərbi gəmilərini dayandırmaq üçün gəmi əleyhinə raketlərdən istifadə ediblər.

Rusiya MN dünən fevralda ələ keçirilən İlan adasındakı qüvvələrin çıxarıldığını təsdiqləyib. MN-nin açıqlamasında bu addım “xoşməramlı jest” adlandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu