Oxşar xəbərlər
İndoneziyada timsahın mədəsindən kişi cəsədi çıxarılıb.
Teleqraf.com xəbər verir ki, dörd metr uzunluğu olan timsah tikintidə işləyən Yeniman Bernard adlı şəxsi yeyib.
Sakinlər timsahı yaxalayaraq onun şişmiş qarınını yarıblar.
Cəsəd mərhumun yaxınlarına təhvil verilb.
Mərhumun həmkarları onun həqiqətən də işdən sonra çayda üzdüyünü bildiriblər.
Yerli hakimiyyət orqanları çimərlik üçün nəzərdə tutulmayan yerlərdə insanlara sudan uzaq durmağı bir daha xatırladıblar.