1 İyul 2022 21:45
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O bildirib ki, nazir regional səfər çərçivəsində 2 iyulda Suriyaya səfər edəcək. Səfərdən məqsəd ikitərəfli əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlərin müzakirəsidir.


Müəllif: Teleqraf.com