2 İyul 2022 23:33
3 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bitcoin"ə rəqib olacaq yeni kriptovalyuta hazırladığını söyləyərək 4 ildə 4 milyard dollar toplayan “Kripto Kraliçası” ləqəbli Ruja İqnatova FTB-nin “ən çox axtarılan 10 adam” siyahısına daxil edilib.

Teleqraf.com xəbər verir ki, 2017-ci ildə həbs qərarı çıxdıqdan sonra da pul yığmağa davam edən Ruja İqnatova 2014-2018-ci illər arasında Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstindən əlavə onlarla ölkədən minlərlə insanı aldadıb.

İqnatovanın Kriptovalyutaların bütün dünyada sürətlə yayıldığı ilk illərdəki çaşqınlığı fürsətə çevirdiyi, eyni zamanda, əsasən piramida sxemi olan “OneCoin” adlı təşəbbüsünü böyüdüb. Bolqarıstan əsilli Ruja İqnatova FTB-nin 72 yaşlı “ən çox axtarılanlar siyahısı”nda 11-ci qadındır və onun həbsinə töhfə verəcək məlumat verənlərə 100 min dollar mükafat vəd olunub.

İqnatova hazırda bu siyahıdakı yeganə qadındır. Ekspertlərin fikrincə, İqnatovanı tapmaq o qədər də asan deyil, çünki o, qaçarkən özü ilə yüz milyonlarla dollar apara bilib. FTB hesab edir ki, İqnatova plastik əməliyyatla xarici görünüşünü dəyişib və yeni şəxsiyyət sənədi əldə edib.


Müəllif: Nemət