3 İyul 2022 01:04
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də müharibə başlayandan bəri Rusiya işğalından azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Zelenski ötən müddət ərzində1 027 şəhər və qəsəbənin rus işğalından azad olunduğunu bildirib.

O qeyd edib ki, müharibə başlayan gündən 10 vilayətin ərazisi döyüş əməliyyatlarından zərər çəkib.

Ukrayna liderinin sözlərinə görə, 2 610 məntəqə Rusiya tərəfindən işğal olunub: "Yüzlərlə yaşayış yeri düşmən ordusu tərəfindən tamamilə dağıdılıb. Onları yenidən inşa etmək lazımdır. Hələ də vilayətlərdəki onlarla şəhər raket zərbələri altındadır".

Döyüşlərin davam etdiyini qeyd edən Zelenski bildirib ki, Donbasda episentr Luqansk vilayətinin şəhərlərindədir: "Xarkovda Rusiyanın aktivliyi güclənir. Xerson vilayətindəki İvanovkadan işğalçıları qovmaq müvəffəq olub, cənubda təzyiqləri davam edirik”.


Müəllif: Teleqraf.com