3 İyul 2022 08:53
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən İtaliyanın Venesiya şəhərinə gündəlik səyahət etmək istəyən turistlər giriş haqqı ödəyərək şəhəri ziyarət edə biləcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Venesiya Şəhər Şurası qərar qəbul edib. Bildirilir ki, gələn il yanvarın 16-dan etibarən Venesiya birgünlük səfər edəcək turistlərdən 3-10 avro arasında giriş haqqı alınmasına qərar verilib. Yanvar ayında qüvvəyə minəcək qaydalar çərçivəsində şəhərə gündəlik səyahət etmək istəyənlər giriş haqqını çoxkanallı platforma vasitəsilə ödəyərək “QR kod” alacaqlar. Giriş haqqı şəhərdəki sıxlıqdan və rezervasiyaların sayından asılı olaraq dəyişəcək. Şəhərdə sıxlıq hədləri isə hələlik müəyyən edilməyib.
Məlumata görə, qaydalar şəhərdə gecələyən turistlər, 6 yaşınadək uşaqlar, otellərdə qalanlar, yerli sakinlərə qonaq qismində gələnlər və tələbələrə şamil olunmayacaq.
Xatırladaq ki, 2019-cu ilin oktyabrında Venesiya Şəhər Şurası 2020-ci ilin yayından etibarən şəhərə birgünlük gələnlər üçün giriş haqqının alınmasına qərar vermişdi. Lakin sözügedən qaydalar 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən tətbiq olunmamışdı.

Müəllif: Teleqraf.com